Nadir QAZ-12 ZİM sedanı satışa çıxarıldı - FOTOlar

Moskvada 1956-cı il istehsalı olan nadir QAZ-12 ZİM sedanı satışa çıxarılıb.

Nadir QAZ-12 ZİM sedanı satışa çıxarıldı - FOTOlar
Moskvada 1956-cı il istehsalı olan nadir QAZ-12 ZİM sedanı satışa çıxarılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, avtomobilin hesabında yalnız beş min kilometr yürüş var.

Satıcının sözlərinə görə, maşının kuzovunda korroziya yoxdur, qutu isə "Mercedes-Benz"dən adaptasiya olunub.

Avtomobilin salonu dəridir, maşına qulluq olunub və istifadəyə hazır vəziyyətdədir.

Kapotun altında 90 at gücünə malik 3,5 litrlik benzin mühərriki yerləşir. Avtomobilin qiyməti 7,9 milyon rubl (təqribən 160 474 manat) təşkil edir.