Naməlum şəhidin kimliyi illər sonra bilindi - FOTOlar

Birinci Qarabağ müharibəsində itkin düşmüş Zərdab rayonunun Təzəkənd kənd sakini Zakir İsaqov doğulub boya-başa çatdığı kəndin qəbirstanlığında dəfn olunub.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, dəfn mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak ediblər.

Qeyd edək ki, Zakir Nüsrət oğlu İsaqov 1958-ci il noyabrın 19-da Zərdab rayonunun Təzəkənd kəndində anadan olub. O, 1992-ci il sentyabrın 24-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.

Z.İsaqov Tərtər Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmişdi.