NATO-nun keçmiş baş katibinin yeni işi

Yens Stoltenberq "Bilderberq klubu"na sədr təyin edilib.

NATO-nun keçmiş baş katibinin yeni işi
Yens Stoltenberq "Bilderberq klubu"na sədr təyin edilib.

meqale.com xəbər verir ki, bu barədə "The Daily Mail" məlumat yayıb.

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq 1954-cü ildə qurulan və beynəlxalq əlaqələr, iqtisadiyyat və təhlükəsizlik məsələlərini müzakirə edən "Bilderberq klubu"na sədr təyin edilib.

Stoltenberqin təşkilata rəhbər təyin olunması ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi ilə əlaqələndirilib. Keçmiş baş katib trans-atlantik siyasət sahəsindəki təcrübəsi ilə klubun işinə cəlb edilib.