Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edildi
Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
meqale.com APA-ya istinadən bildirir ki, həmin çətənə kolları yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.