Naxçıvanda yol qəzası: piyada ağır yaralandı

Naxçıvan şəhərində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

Naxçıvanda yol qəzası: piyada ağır yaralandı
Naxçıvan şəhərində axşam saatlarında piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

meqale.com axar.az-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

Belə ki, avtomobil 1959-cu il təvəllüdlü İbrahim Şahsuvar oğlu Fətəliyevi vurub.

Yaralı dərhal Naxçıvan Muxtar Respublikası Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.