Nazim Sadıqov Nərimanı məğlub edən braziliyalıya qarşı
Azərbaycanlı döyüşçü Nazim Sadıqov Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünü keçirəcək.
meqale.com oxuya istinadən xəbər verir ki, o, Bakı vaxtı ilə fevralın 16-sı saat 4:00-da döyüşə çıxacaq.
N.Sadıqovun UFC-də yüngül çəki dərəcəsindəki rəqibi braziliyalı İsmael Bonfim olacaq.
İsmael yerli azarkeşlərə tanış rəqibdir. O, UFC-yə aparan yolda - "Dana White's Contender Series"də Azərbaycan təmsilçisi Nəriman Abbasovu məğlub edib.
Qeyd edək ki, döyüş ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçiriləcək.