Nepalda bütün hava limanları fəaliyyətini dayandırdı
Nepalda bütün hava limanları fəaliyyətini dayandırıb.
meqale.com xəbər verir ki, hava limanları sentyabrın 11-i ən azı saat 00:00-a qədər bağlı olacaq.
Qeyd edək ki, Nepalda sosial şəbəkələrə qoyulan qadağalardan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb.
Əsas olaraq gənclərin iştirak etdiyi etirazlar zamanı baş verən qarşıdurmalarda 22 nəfər ölüb, 500-dən çox insan isə yaralanıb.