Nərimanovda gənc oğlan bıçaqlandı
Bakının Nərimanov rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə "Baksol" yolunda qeydə alınıb.
Ərazidəki restoranın qarşısında 1990-cı il təvəllüdlü Orxan Abdulməcid oğlu Babayev tanışı ilə əlbəyaxa dava edən zaman bıçaqlanıb.
Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun