“Netanyahu etibarlı lider deyil” - Klinton

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.

“Netanyahu etibarlı lider deyil” - Klinton
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsrailin Baş nazirinin siyasətinin əleyhinə danışaraq, onu vəzifəsindən getməyə dəvət edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Klinton bu barədə "MSNBC"yə müsahibəsi zamanı deyib:

"Netanyahu getməlidir. O, etibarlı lider deyil. Buna görə də 7 oktyabr hücumu məhz onun hakimiyyəti dövründə baş verdi".

Sabiq dövlət katibi bununla belə İsrail dövlətinin Qəzza zolağındakı siyasətini müdafiə edib:

"Təcavüzkarla necə başa çıxmaq olar?! Biz onları dayandırmalıyıq".