“Növbətçi həkim otağa 7 dəqiqə sonra daxil olub” - VİDEO
14:11 Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara, Fövqəladə Hallar Nazirliyinə məlumat verib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş prokuror Kamran Əliyev deyib.
O qeyd edib ki, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb:
"Qısa müddətdə yanğın söndürülüb, digər şöbələrə yayılmasının da qarşısı alınıb. Təəssüf ki, 4 körpənin həyatını xilas etmək mümkün olmayıb. Onlar intensiv terapiya şöbəsində müalicə alan küvezdə olan uşaqlar olub".
-------- 13:52 "Bakı Perinatal Mərkəzdə yanğın gecə saat 03:05 radələrində başlayıb, 7 dəqiqə sonra növbətçi həkim otağa daxil olaraq aidiyyəti qurumlara məlumat verib".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu hadisə yerində açıqlama verən Baş prokuror Kamran Əliyev deyib.
K.Əliyevin sözlərinə görə, dərhal Mərkəzə yanğınsöndürmə qüvvələri çağırılıb, qısa müddətdə yanğının qarşısı alınıb.