"O qədər çətindir ki, ayaqlarımı hiss etmirəm"

Müğənni Zenfira İbrahimova video çəkərək izləyicilərinə müraciət edib.

Müğənni Zenfira İbrahimova video çəkərək izləyicilərinə müraciət edib.

meqale.com xəbər verir ki, sənətçi Rusiyada hava limanında anlarının bölüşərək işinin çətinliyindən gileylənib. 

"Saat 8-dən buradayam. Moskvaya uçdum. Daha sonra  isə digər şəhərə. Allah bütün yolda və göydə olanları qorusun. Hər kəsə ruzi qismət etsin. Tam səmimiyyətimlə deyirəm ki, bizi yaradana and olsun. O qədər çətin, ağır işdir ki, ayaqlarımı hiss etmirəm. Saat 8-dən ayağımda idman ayaqqabısı var. Bayaqdan yeriyirəm. Hava limanında bir saat yol gəlmişəm. Üç saatdan çox uçmuşam indi də 2 saatdan çox uçuşumuz olacaq. Çox çətindir bizə bəxtəvərlik verməyin".