Ölkədə bu məhsulların ixracından gəlirlər 3 dəfə ARTIB

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

Ölkədə bu məhsulların ixracından gəlirlər 3 dəfə ARTIB
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 51,3 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, sirkə ixrac edib.

meqale.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

10 ay ərzində Azərbaycanın içki və sirkə idxalının dəyəri isə 78,5 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 12,3 % çoxdur.