"Ölünü dirildən" yas mərasimi qiymətləri
Bu dünyanın qaydalarından biri də odur ki, bir gün dünyaya gələn bir gün də gedir. Amma gediş baha başa gəlir. Belə ki, əvvəl şadlıq evlərinə çox rast gəlindiyi halda indi mərasim evlərinə çox rast gəlmək olur. Mərasim evlərinin menyuları elə qiymətədir ki, az qalır "ölünü diriltsin".
meqale.com xəbər verir ki, 200-300 nəfərlik yas mərasimi 1500-1600 manat arası dəyişir. Bura çay süfrəsi daxildir, yemək yox. Mərasim sahibləri bildirirlər ki, adam sayı çox olanda qiymətdə endirim etmək olar.
Vətəndaşlar da yas mərasimlərinin keçirilməsinə qarşıdırlar.