Ömər Bolat Azərbaycana rəsmi səfər edəcək
Türkiyənin Ticarət naziri Ömər Bolat, 20-21 dekabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.
meqale.com-ın TurkicWorld-ə istinadən məlumatına görə, Ömər Bolatın Azərbaycanla təmasları çərçivəsində hazırda Türkiyədə 20 milyard dollarlıq sərmayəsi olan SOCAR-ın yeni sərmayələri, Naxçıvan üzərindən planlaşdırılan ticarətin inkişafı məsələləri də müzakirə olunacaq.
Sədər zamanı, Türkiyədən başlayaraq İtaliyaya qədər uzanan TANAP-ın imkanlarının artırılması ilə bağlı danışıqlar aparılacaq. Bu kontekstdə, görüşlərdə Avropa və Türkiyənin enerji təchizatında mühüm yeri olan TANAP-ın tutumunun artırılmasının müzakirəsi planlaşdırılır.