“Onlarla bağlı nəsə desəm, mövzu şişəcək” - Samir Abasov
"Neftçi"nin baş məşqçisi Samir Abasov ölkə kubokunun yarımfinal mərhələsinin "Sabah"la görüşündən sonra mətbuat konfransında iştirak edib.
meqale.com xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.
-Cavab qarşılaşması öncəsi finala adlayacağınıza inamınız var?
-100 faiz var. Böyük hesabı demirəm, belə hesab hər şeyi həll etmir. Cavab matçına da qələbə üçün çıxacağıq. Yeganə çıxış yolumuz budur. Bəzi şeyləri dəyişdirməliyik. Ən azından bəzi epizodları yaxşılaşdırmalıyıq. Heç olmasa, bu oyunlar üçün. Birəbir mübarizələrdə rəqibə çox uduzduq.
-Hazırkı heyət finala çıxmaq üçün yetərlidir?
-Bu, başqa mövzudur. İndi onu desəm, danışsam, incələməyə başlasam məsələ özü də şişəcək. Qarşıdakı 8 tur qalır. Mən tərəfdən bu məsələləri incələsəm, yersiz olar. Problemlərimizi, boşluqlarımızı bilirik. Düşünmürəm ki, problemlər 8 tura başa çatsın. Amma indiki futbolçularla bağlı nəsə desəm, mövzu şişəcək. Mövsümün sonunu gözləyək.
-Vasili Berezutski dedi ki, 14 nəfərə qarşı oynadıq. O, həm "Neftçi"ni, həm də hakimləri nəzərdə tuturdu...
-Ehtiyat skamyada da etirazlarını görürdüm. Bunu görməmək mümkün deyil. Nəyə etiraz edirdilər, bu dəqiqə bilmirəm. Həmkarımın danışıqlarına da fikir bildirmək istəmirəm. Yersiz olardı.
-Oyundan narazı qaldız, yoxsa keyfiyyətdən?