Oqtay Fərzəliyev vəfat etdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mülki Müdafiə Şöbəsinin müdiri Oqtay Fərzəliyev vəfat edib.
meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, o, 2011-ci ildən Geologiya və Geofizika İnstitutunda Mülki Müdafiə Qərargah rəisi vəzifəsində işləyib. 2017-2019-cu illərdə AMEA Rəyasət Heyəti Aparatının İkinci Xüsusi Şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.