Orxan Məmmədov: “Azərbaycan minifutbol tarixində yeni səhifə açacağıq”

"Biz Azərbaycan minifutbol tarixində yeni səhifə açacağıq. Bizim kimi gənc federasiya üçün böyük turnirlərin keçirilməsi vacibdir".

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov deyib.

Minifutbol üzrə dünya çempionatının 2025-ci ildə Bakıda keçirilməsi ilə bağlı təqdimat mərasimində çıxış edən qurum rəhbəri federasiyanın keçdiyi yolla bağlı məlumat verib: "Bu illər ərzində minifutbol sevilən idman növünə çevrilib. Həvəskar futbola peşəkar yanaşmaq konsepsiyasını irəli sürdük. 2017-ci ilə federasiyamız təsis edildi. Ondan sonra xüsusi yol qət etdik. Minifutbol yığmamızın uğurlu çıxışları dövlət tərəfindən yüksək dəyərləndirilib".

Məmmədov mundialın ölkəmizdə təşkili barədə də danışıb: "2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsi ilə bağlı müraciət etdik. Dünya Minifutbol Federasiyasının prezidenti dəfələrlə ölkəmizdə oldu. O, ölkəmizdə bu idman növünün inkişafına şahidlik etdi. Biz böyük turnirlərin keçirilməsinə hazırıq".