“Real Madrid” Ardadan sonra növbəti türkiyəli futbolçuya “göz dikdi” - FOTO
"Real Madrid" Avropa klublarının radarında olan "Trabzonspor"un 17 yaşlı qapıçısı Onuralp Çevikkanla maraqlanır.
meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Gülərdən sonra "Trabzonspor"dan Onuralp Çevikkanı transfer etmək istəyir.
Bənövşəyi-ağ-qaralar 17 yaşlı qapıçı üçün bordo-mavilərin qapısını döyə bilər.
"Trabzonspor" U19 Komandasında çıxış edən Onuralp Çevikkanı Bayern Münhen də yaxından izləyir. Çevikkanı gənclərdən ibarət milli komandalarda izləyən alman nəhənginin 17 yaşlı qapıçı üçün Real Madridlə qarşılaşa biləcəyi bildirilir.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun