Ozan Akbaba 30 milyon qazanacaq
"Kanal D" telekanalının reytinq rekordları qıran "Uzak Şehir" serialı ilə gündəmdən düşməyən Ozan Akbaba bu dəfə aktyorluğu ilə deyil, imzaladığı iddialı reklam müqaviləsi ilə diqqət mərkəzindədir.
meqale.com xəbər verir ki, uğurlu aktyorun siması olduğu daşınmaz əmlak şirkətinin reklamından tam 30 milyon TL (təxminən 1 milyon 700 min manat) qazanacağı iddia edilir.
Həm serialdakı "Cihan" obrazı ilə qazandığı rəğbət, həm də geniş pərəstişkar kütləsi Ozan Akbabanı reklam markaları üçün ən cəlbedici simalardan birinə çevirib.