Özünə yer tapa bilmir: 10 ayda 4 komanda dəyişdi

Mövsümün əvvəlində transfer olunduğu "Sakaryaspor"dan ayrılaraq "Fatih Karagümrük"ə keçən Didye Lamkel Zenin müqaviləsinə xitam verilib. 

Özünə yer tapa bilmir: 10 ayda 4 komanda dəyişdi
Mövsümün əvvəlində transfer olunduğu "Sakaryaspor"dan ayrılaraq "Fatih Karagümrük"ə keçən Didye Lamkel Zenin müqaviləsinə xitam verilib. 

meqale.com-ın xarici KİV-ə istinadla xəbərinə görə, kamerunlu cinah oyunçusu Didye Lamkel Ze keçən fevraldan bəri dördüncü dəfə komanda dəyişib. 

Ötən mövsüm ara transfer dönəmində "Hatayspor"dan "Mets"ə icarəyə verilən Lamkel Ze iyunda Hatay'a qayıdıb.

Avqust ayında ağ-qaraların komandası ilə yollarını ayıran kamerunlu futbolçu "Sakaryaspor"la anlaşıb. 

Bu ı komandada macərası cəmi 17 gün davam edən 28 yaşlı futbolçu sentyabrın 2-də "Fatih Karagümrük"lə anlaşıb.

Dünəndən etibarən Lamkel Ze Karagümrüklə yollarını ayırıb. İstanbul klubundan verilən açıqlamada bildirilib: "Didye Lamkel Ze ilə qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq".