Pakistanda avtobus qayalıqdan aşdı - 20 ölü
Pakistanın Gilgit Paltistan əyalətində avtobusun aşması zamanı 20 nəfər ölüb, 20 nəfər yaralanıb.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə əyalətin Diamer rayonunda baş verib. Əraziyə polis və xilasedicilər cəlb olunub.
Araşdırma zamanı avtobusun sərt qayalıqların üzərindəki yoldan çıxaraq aşdığı müəyyən edilib.