Pakistanda seçki günü 51 terror hadisəsi qeydə alınıb

Pakistanın müxtəlif bölgələrində seçki prosesini əngəlləmək məqsədilə ümumilikdə 51 terror aktı həyata keçirilib.

Pakistanda seçki günü 51 terror hadisəsi qeydə alınıb
Pakistanın müxtəlif bölgələrində seçki prosesini əngəlləmək məqsədilə ümumilikdə 51 terror aktı həyata keçirilib.

meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Pakistan Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, terror aktları əsasən ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva və cənub-qərbindəki Bəlucistan əyalətlərində baş verib.

Hücumlar nəticəsində 10-u təhlükəsizlik qüvvələrinin əməkdaşı olmaqla, 12 nəfər həlak olub, 39 nəfər isə yaralanıb. Eyni zamanda, müxtəlif əməliyyatlar zamanı beş terrorçu məhv edilib.