Paşinyan arvadı barədə: "Biz evli deyilik"

"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik".

Paşinyan arvadı barədə:
"Bir neçə gündən sonra evliliyimizin 27-ci ildönümü olacaq, amma biz de-yure evli deyilik".

meqale.com oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan barədə deyib.

"Biz nə dövlət qeydiyyatı, nə də dini baxımdan evliyik. Münasibətimiz ümumi övladlarımızla möhkəmlənir. Üstəlik, artıq neçə illərdir ki, Anna Akopyan faktiki olaraq baş nazirin həyat yoldaşı kimi bəyannamə təqdim edir. Əslində, 27 ildir ailəliyik, amma evli deyilik", - deyə o qeyd edib.