Paşinyan: Ermənistan və Azərbaycan potensial ticarət üçün məhsul siyahılarını mübadilə edir
Ermənistan və Azərbaycan arasında mümkün ticarət əməkdaşlığı çərçivəsində məhsul siyahılarının qarşılıqlı mübadiləsi aparılır.
meqale.com Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlər üçün təşkil olunan brifinqdə məlumat verib.
Paşinyanın sözlərinə görə, Azərbaycan istehsalı olan benzinin alınması imkanları ilə bağlı ilkin bazar araşdırması həyata keçirilib və bu təklif yalnız prosesdən siyasi məqsədlər üçün istifadə etməyəcək sahibkarlara irəli sürülüb.
Aparılan müzakirələr nəticəsində Azərbaycan tərəfi ilə əlaqə qurmağa iki erməni şirkəti "Ran Oil" və "Titan" maraq göstərib.
Baş nazir əlavə edib ki, ilk neft məhsullarının tədarükü zamanı bəzi yanacaqdoldurma məntəqələri Azərbaycan benzininin satışından imtina edib.
meqale.com