Pensiyalar yeni artımlarla bu tarixdən ödəniləcək

Fevralın 9-da pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.

Pensiyalar yeni artımlarla bu tarixdən ödəniləcək
Fevralın 9-da pensiyaların yeni artımlarla birgə ödənişinə başlanacaq.

meqale.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevralın 9-da fevral ayı üzrə pensiyaların ödənişinə başlayacaq.

Həmin gün Bakı və Sumqayıt şəhərləri, eləcə də, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə veriləcək.

Artım bu ilin əvvəlindən tətbiq olunur və yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödəniləcək.