Peskov postunda qaldı, Patruşevə bu vəzifə verildi

Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibini müəyyənləşdirib.

Peskov postunda qaldı, Patruşevə bu vəzifə verildi
Rusiya Prezidenti Vladimir Putin hökumətin tərkibini müəyyənləşdirib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilir ki, Putin Anton Vaynonu yenidən Prezident Administrasiyasının rəhbəri təyin edib.

Rusiya Təhlükəsizlik Şurasının sabiq katibi Nikolay Patruşev Rusiya dövlət başçısının köməkçisi təyin olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov öz postunda qalıb.

Tula vilayətinin qubernatoru Aleksey Dyumin vəzifəsindən azad edilərək Purinin köməkçisi təyin olunub.

Aleksey Qromov və Sergey Kiriyenko Prezident Administrasiyası rəhbərinin birinci müavinləri postlarını qoruyublar.