Pişik təyyarənin uçuşunu pozdu, sahibi "qara siyahı"ya salındı
İstanbul Hava Limanında Türk Hava Yollarına məxsus təyyarə sərnişindən qaçan pişiyə görə uçuşu dayandırıb.
meqale.com publika.az-a istinadən xəbər verir ki, Afinaya uçmalı olan təyyarə havaya qalxmağa hazırlaşarkən qəflətən salonda pişik gəzməyə başlayıb.
Məlum olub ki, o, təyyarəyə xəbərdarlıq olunmadan mindirilib. Belə ki, onun sahibi lazımi sənədləri doldurmayıb və heyvanla bağlı ekipajı məlumatlandırmayıb.