Polşada təyyarə qəzası: Ölənlər var

Polşanın Sileziya bölgəsində, Jivets rayonunun Lipova kəndində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həyatını itirib. meqale.com xəbər verir ki, qəza eniş zamanı baş verib.

İlkin ehtimala görə, hava gəmisində texniki nasazlıq yaranıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər alovu söndürüb, göyərtədə olan şəxslərin cəsədləri çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.