Premyer Liqa: "Qarabağ" son dəqiqələrdə "Turan Tovuz"a uduzdu
"Qarabağ" Misli Premyer Liqasında "Turan Tovuz"a uduzub.
meqale.com xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda XX turda Tovuz təmsilçisinə məğlub olub.
Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində 7-ci dəqiqədə Musa Qurbanlı fərqlənib. Qonaqların yeni transferi Kauan Martins De Paula 89-cu dəqiqədə tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Otto Con "köhlən atlar"ı məyus edib.
Bu nəticədən sonra "Qarabağ" 50 xalla liderdir. Tovuz klubu 35 xalla dördüncü sıradadır.