"Pulu stolun üstünə qoydum, dedim ki, nə qədər qızıl varsa, götür"
Tanınmış iş adamı Şərurlu İsfəndiyar şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
meqale.com xəbər verir ki, iş adamı gənclik illərində yaşadığı bir hadisəni xatırladaraq, həmin dövrdə kifayət qədər varlandığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı ilə ailə qurmağa hazırlaşdığı vaxtlarda nişan mərasimi baş tutub.
Şərurlu İsfəndiyar qeyd edib ki, o dövrdə qazancı çox yüksək olub və nişan üçün qızıl almağa gedərkən maraqlı addım atıb: "O vaxt artıq xeyli varlanmışdım. Həyat yoldaşımın da əmisi bank müdiri idi. Onun haqqı ilə gedib qızıl dükanına girdik. Pulu stolun üstünə qoydum və dedim ki, dükanda nə qədər qızıl varsa, hamısını verin".
İş adamı bildirib ki, ertəsi gün gözlənilməz hadisə baş verib: "Səhəri gün dedilər ki, sən oğrusan, nişanı qaytarırıq, qızı vermirik".
Açıqlamasında maraqlı bir müqayisə də aparan Şərurlu İsfəndiyar əlavə edib ki, sonradan bir nəfərin vaqondan bir konteyner benzin oğurlamasına görə 1 il 6 ay həbs cəzası aldığını eşidib. Onun fikrincə, bu hadisələr cəmiyyətdə bəzi məsələlərə yanaşmanın ziddiyyətli olduğunu göstərir.