Putin bu həmkarlarını təbrik etmədi

Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ lideri Co Bayden və digər Qərb ölkələrinin rəhbərlərinə Yeni il münasibətilə təbrik ünvanlamayıb.

Putin bu həmkarlarını təbrik etmədi
Rusiya Prezidenti Vladimir Putin bu il ABŞ lideri Co Bayden və digər Qərb ölkələrinin rəhbərlərinə Yeni il münasibətilə təbrik ünvanlamayıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı TASS yayıb. 

Məlumata görə, Putin ənənəvi olaraq dekabrın son günlərində öz həmkarlarını Yeni il və Milad günü münasibətilə təbrik edir.

Dekabrın 30-u isə Kreml Rusiya liderindən təbrik mesajları alan liderlərin siyahısını açıqlayıb. Sözügedən siyahıda Böyük Britaniya, Almaniya, ABŞ, Fransa, Yaponiya və digər ölkələrin rəhbərləri yer almayıb. Bildirilir ki, Putin ardıcıl olaraq 2 ildir həmin liderlərə təbrik ünvanlamır.