Putinin əmlakı açıqlandı

Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

Putinin əmlakı açıqlandı
Rusiya Prezidenti Vladimir Putin 2024-cü il üçün gəlir və xərclər haqqında bəyannamələri müəyyən edilmiş müddətdə təqdim edib.

meqale.com oxuya istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Qanuna görə, yüksəkvəzifəli dövlət qulluqçuları hər il aprelin 1-ə qədər öz gəlir və xərcləri, həmçinin həyat yoldaşlarının və yetkinlik yaşına çatmayan uşaqların gəlir və xərcləri haqqında bəyannamə təqdim etməlidirlər. Lakin 2023-cü ildən bu məlumatlar bəyan edilsə də, dərc edilmir. Belə ki, 2022-ci ildə Putin müharibə dövründə vəzifəli şəxslərin gəlir, xərc və digər əmlak məlumatlarının KİV-də dərc edilməməsi barədə fərman imzalayıb.