Putinin rəsmi saytı hücuma məruz qaldı
Rusiyanın dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putinin rəsmi saytı (www.putin2024.ru) xaricdən DdoS hücumlara məruz qalıb.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə saytın qərargahı məlumat verib.
Bildirilib ki, hücumun qarşısının alınması ilə bağlı tədbirlər görülür.
Qeyd edək ki, bu gün sözügedən saytın fəaliyyətə başlaması ilə bağlı məlumat yayılmışdı.