Qadın futbolçu şort geyməyi unutdu və… - VİDEO

Qadınlardan ibarət Almaniya millisinin və "Bayern"in müdafiəçisi Culia Qvinn diqqət mərkəzinə düşüb.

Qadın futbolçu şort geyməyi unutdu və… - VİDEO
Qadınlardan ibarət Almaniya millisinin və "Bayern"in müdafiəçisi Culia Qvinn diqqət mərkəzinə düşüb.

meqale.com publika.az-a istinadən xəbər verir ki, o, "Nürnberq"lə çempionat oyununda (1:1) əvəzedici kimi meydana çıxmazdan əvvəl idman dəstinin altında şort geyinmədiyini anlayıb.

Bundan sonra 24 yaşlı futbolçu paltardəyişmə otağına yollanıb. Problemi aradan qaldıran Qvinn bir neçə dəqiqə sonra meydana çıxıb.

Qvinn iyul-avqust aylarında Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatında çarpaz diz bağlarını zədələdiyindən uzun müddət oynaya bilməyib.