"Qalatasaray" "Fənərbağça" ilə üz-üzə
Bu gün Türkiyə Superliqasında XXV tura İstanbul derbisi ilə yekun vurulacaq.
meqale.com xəbər verir ki, "Qalatasaray" doğma meydanda əzəli rəqibi "Fənərbağça"nı qəbul edəcək.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, qarşılaşmanı Slavko Vinçiçin başçılıq etdiyi əcnəbi hakimlər idarə edəcəklər.