Qalatasarayın ilk transferi - İstanbula gəliş tarixi açıqlandı - FOTO

"Qalatasaray"ın uzun müddətdir izlədiyi "Borussia Mönchengladbach"ın gənc ulduzu Can Armando Güner sarı-qırmızılılara transfer olmağa hazırlaşır. Gənc futbolçu yanvarın 9-da İstanbula gələcək və şənbə günü keçiriləcək "Fənərbaxça" derbisini stadiondan izləyəcək.

meqale.com xəbər verir ki, "Qalatasaray" bu transfer üçün Almaniya təmsilçisi ilə təxminən 200-250 min avro qarşılığında razılığa gəlib.

18 yaşlı futbolçu sağ cinah hücumçusu mövqeyində çıxış edir. Gənc oyunçu bu mövsüm "Borussia Mönchengladbach"ın U19 komandasında keçirdiyi 14 matçda 4 qol və 3 məhsuldar ötürmə (asist) ilə yadda qalıb.