“Qarabağ”a Juninyo üçün 5 milyon avro təklif etdilər
"Flamenqo" klubu Juninyonun transferi üçün "Qarabağ"a ikinci təklifi göndərib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ağdam klubu Rio-De-Janeyro təmsilçisinin 4 milyonluq ilkin təkifinə rədd cavabı verib. Bu gün braziliyalılar məbləği artırmaqla ikinci təklifi irəli sürüblər.
Bu dəfə onlar təzminat olaraq "Qarabağ"a 5 milyon avro təklif ediblər. Klub futbolçunu tezliklə həyətinə qatmaq istəyir.
Məlumata görə, hazırda "Flamenqo" rəhbərliyi "Qarabağ"dan cavab gözləyir. Bakı və Rio arasında 7 saatlıq zaman fərqi isə danışıqları bir qədər ləngidir.
Qeyd olunur ki, Juninyo özü "Flamenqo"da oynamaq istəyir. Buna görə də o, "Sevilya"nın (İspaniya) təklifini rədd edib.