“Qarabağ” - “Bayer” oyununa biletlərin qiyməti – 300 manat

UEFA Avropa Liqasının 1/8 final mərhələsində keçiriləcək "Qarabağ" - "Bayer" oyununun biletləri sabah saat 12:00-da iticket.az-da satışa çıxarılacaq.

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, qiymətlər 5, 10, 20, 30, 40, 100 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşləri üçün biletlərin qiyməti isə 300 manatdır.

Azarkeşlər biletləri Park Bulvardakı "Qarabağ"ın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından, həmçinin "iticket.az" satış məntəqələrindən əldə edə bilərlər. "Changan Azerbaijan"da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.