“Qarabağ” bu nəticə ilə milyonlar qazandı

Avropa Liqasında yolunda davam edən "Qarabağ"ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

“Qarabağ” bu nəticə ilə milyonlar qazandı
Avropa Liqasında yolunda davam edən "Qarabağ"ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

Komanda son olaraq qrupun son turunda "Hakken"i məğlub edərək 1 milyon avrodan çox qazanc götürüb. Qələbə 630 min, qrupda ikinci yeri tutmaq 550 min, pley-offa vəsiqə isə 500 min avro gətirib. Həmçinin qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb. "Qarabağ"a bundan 126 min avro pul gəlib.

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. "Qarabağ" fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.