İtaliya, Çexiya və Sloveniya sevindi, millimiz pley-off şansını da itirdi
AVRO-2024-ün seçmə mərhələsində sonuncu turun növbəti oyunları keçirilib.
meqale.com report-a istinadən xəbər verir ki, daha 3 qrupda mübarizəyə yekun vurulub.
C qrupunda İtaliya, E qrupunda Çexiya, H qrupunda Sloveniya final mərhələsinə vəsiqəni təmin edib. Qazaxıstanın Sloveniyaya uduzması nəticəsində Azərbaycan millisi AVRO-2024-ə vəsiqə uğrunda pley-off şansını itirib.
AVRO-2024, seçmə mərhələ X tur 20 noyabr
C qrupu Şimali Makedoniya - İngiltərə 1:1 Ukrayna - İtaliya 0:0 Xal durumu: İngiltərə - 20, İtaliya - 14, Ukrayna - 14, Şimali Makedoniya - 8, Malta - 0.
E qrupu Albaniya - Farer adaları 0:0 Çexiya - Moldova 3:0 Xal durumu: Albaniya - 15, Çexiya - 15, Polşa - 11, Moldova - 10, Farer adaları - 2.
H qrupu Şimali İrlandiya - Danimarka 2:0 San Marino - Finlandiya 1:2 Sloveniya - Qazaxıstan 2:1 Xal durumu: Danimarka - 22, Sloveniya - 22, Finlandiya - 18 Qazaxıstan - 18, Şimali İrlandiya - 9, San Marino - 0.