“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempionu belə tutdular - VİDEO

Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.

“Qarabağ da, Krasnodar da Ermənistandır” deyən çempionu belə tutdular - VİDEO
Rusiyada yaşayan erməni idmançı Vladimir Vanyan həbs edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, pauerliftinq üzrə dünya çempionu olan Vanyan Krasnodar vilayətinin Lenin rayon məhkəməsinin qərarına əsasən saxlanılıb.

Bildirilib ki, o, martın 24-də sosial şəbəkədə canlı yayımda separatçı bəyanatlar verib. Belə ki, Vanyan videoda "Qarabağ da, Krasnodar da Ermənistandır", - deyib.

Bundan sonra Vladimir Vanyanın yeri müəyyən edilib və Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanılıb.

Qeyd edək ki, Vladimir Vaynan canlı yayımda Rusiyanın dövlət qurumlarını və hərbçilərini də təhqir edib.