“Qarabağ”ın rəqibi baş məşqçi dəyişikliyinə gedir - Cerrard qayıdır
UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibi olan İngiltərə təmsilçisi "Liverpul" baş məşqçisi Arne Slotun istefasını nəzərdən keçirir.
meqale.com xəbər verir ki, Premyer Liqanın XV turunda səfərdə "Lids"lə 3:3 hesablı heç-heçə, klub rəhbərliyinin narazılığını artırıb.
Bu səbəbdən Slotun yerinə sabiq oyunçu Stiven Cerrardın gətirilməsi gündəmə gəlib. Məlumata görə, 45 yaşlı mütəxəssis sabiq komandası ilə işləmək təklifinə müsbət baxır və hazırda işsizdir.
Qeyd edək ki, Cerrard 1998-2015-ci illərdə "Liverpul"da çıxış edib, 504 oyunda 120 qol vurub. Hazırda komanda Premyer Liqada 23 xalla səkkizinci pillədə qərarlaşıb.