“Qarabağ” Lunyovun yerinə bu qapıçı ilə anlaşdı - FOTO
Rusiyalı qapıçı Andrey Lunyovla yollarını ayıran "Qarabağ" onun yerini xorvat qolkiperlə dolduracaq.
meqale.com futbolinfo.az-a istinadən xəbər verir ki, Ağdam klubu Portuqaliyanın "Vizela" klubunda çıxış edən Fabiyan Buntiçlə anlaşıb.
27 yaşlı oyunçu bu gün Bakıya gələcək. O, tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.