Qarabağ Universiteti tabeliyində peşə məktəbi yaradılacaq? - AÇIQLAMA
"Qarabağ Universitetinin tabeliyində peşə məktəbinin yaradılması ilə bağlı müzakirələr gedir".
meqale.com Baku TV-yə istinadən xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli jurnalistlərə açıqlamasında deyib.
İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işlərinin aparıldığını vurğulayan nazir əlavə edib: "Əhalinin işğaldan azad edilmiş ərazilərə qayıdışı mərhələli şəkildə olduğuna görə saylar artdıqca peşə təmayüllü siniflərin təşkilinə də diqqət yetiriləcək".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun