Qaxın Əmbərçay kəndində Novruz şənliklərində at yarışları keçirilib

Qaxın Əmbərçay kəndində Novruz şənlikləri çərçivəsində at yarışları keçirilib.

Qaxın Əmbərçay kəndində Novruz şənliklərində at yarışları keçirilib

Meqale.com un Şimal-qərb bürosunun məlumatına görə, Qaxın Əmbərçay kəndində həvəskar çaparlar tərəfindən keçirilən cıdır yarışlarında 20 atlı iştirak edib.

Kənddə bu yarışlar 90-cı illərdə keçirilib. Daha sonra at yarışları dayandırlıb. Son yeddi ildə isə beşinci dəfədir ki, Əmbərçay kəndinin həvəskar çaparları Novruz bayramında öz məharətlərini göstərirlər.

Yarışı izləmək üçün Əmbərçaydan və digər kəndlərdən kəndin mərkəzi meydanına xeyli sayda tamaşaçı toplaşıb. Atların hərəkət zolağında maneələrin olmasına baxmayaraq bütün çaparlar altı kilometr məsafəni qət edərək finiş xəttinə çatıblar. Yarışın qalibi 18 yaşlı kənd sakini Nicat Mahmudov olub.

Cıdır yarışını təşkil edən kənd sakinləri Qax rayonunda kəndlər səviyyəsində belə bir yarışın təkcə Əmbərçay kəndində keçirildiyini bildiriblər.

Sonda yarışın qaliblərinə diplomlar, medallar və hədiyyələr verilib.