Qazaxıstanın keçmiş naziri saxlanıldı
Qazaxıstanın keçmiş daxili işlər naziri Erlan Turqumbayev 2022-ci ilin yanvar hadisələri zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
O, 2022-ci ilin yanvar hadisələri ilə bağlı cinayət işləri üzrə aparılan istintaq tədbirləri çərçivəsində bir gün əvvəl saxlanılıb.