Qəbul imtahanına qeydiyyat başa çatır

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Qəbul imtahanına qeydiyyat başa çatır
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu başa çatır.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, abituriyentlər bu gün 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.