Qeyri-adi gözəllik yarışması: Podiumda pişiklərdir - FOTO

Türkiyənin Tokat rayonunda Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması keçirilib.

Qeyri-adi gözəllik yarışması: Podiumda pişiklərdir - FOTO
Türkiyənin Tokat rayonunda Dünya Baytarlıq Günü münasibətilə pişik gözəllik yarışması keçirilib.

meqale.com publika.az-a istinadən xəbər verir ki, Tokat Baytarlıq Palatasının bağçasında keçirilən yarışmada "bəzəkli" və "baxımlı" kateqoriyalarında 28 pişik podiuma çıxıb.

Münsiflər heyəti müsabiqədə iştirak edən pişiklərin gözlərini, qulaqlarını, pəncələrini və bədənlərini yoxlayıb.

Baxımlı kateqoriyada Feyza Gökçenin pişiyi Şila, bəzəkli kateqoriyada isə Songül Elcenin pişiyi Salen birinci olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun