Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı

Qəzaya düşən Peşəkar Futbol Liqasının( PFL) əməkdaşlarından iki nəfər evə buraxılıb.

Qəzaya düşən PFL əməkdaşlarından ikisi evə buraxıldı
Qəzaya düşən Peşəkar Futbol Liqasının( PFL) əməkdaşlarından iki nəfər evə buraxılıb.

Bunu Trend-ə Peşəkar Futbol Liqasının idman şöbəsinin direktoru Elgiz Abbasov deyib.

O qeyd edib ki, özü və Zaur Hacı Məhərrəmov artıq evdədirlər.

"Sənan da tezliklə evə buraxılacaq, Elxan müəllim və Aslandan da, hamıya məlum olduğu kimi, ilkin müsbət siqnallar var", - deyə o əlavə edib.

Xatırladaq ki, 16 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.