Qəzzada İsrail ordusunun polkovniki öldü

İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.

Qəzzada İsrail ordusunun polkovniki öldü
İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.

meqale.com APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.

Ben-Basatın "Qolani" briqadasının baş qərargah rəisi olduğu bildirilir. Onunla yanaşı, həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni də ölüb.

Ümumilikdə, İsrailin HAMAS-la qarşıdurması zamanı 444 İsrail hərbçisi ölüb.